Liderlər görüşür - Nə dəyişəcək?
13 Dekabr 2025, 15:47
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
586
10.01.2025, 18:28
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Cənubi Amerika ölkəsinin seçilmiş prezidenti Nikolas Maduronun inaqurasiya mərasimində Rusiya Federasiyasını təmsil etmək üçün Venesuelaya gedib.
Oxu24.com xəbər verir ki,bu barədə RİA Novosti məlumat yayıb.
Mərasim Karakasda baş tutacaq.
Yanvarın 10-da Nikolas Maduro üçüncü dəfə Venesuela prezidenti kimi and içəcək. Mərasim ölkədə ötən ilin iyulunda keçirilən seçkilərdən 5 ay sonra baş tutacaq. Rəsmi məlumatlara görə, Maduro 51,2% səslə qalib gəlib.
Maduronun əsas rəqibi seçkinin nəticələrini tanımayan müxalifət lideri Edmundo Qonzales Urrutia idi. Argentina, Qvatemala, Kosta Rika, Peru və Çili də daxil olmaqla bir çox Latın Amerikası ölkələrinin liderləri də seçkinin nəticələrini rədd edib və ya şübhə altına alıblar. Qonzalesin qələbəsi bir sıra Qərb ölkələrində, o cümlədən ABŞ-da tanınıb.
Həmçinin oxuyun
Nikolas Maduro Huqo Çaves hökumətində xarici işlər naziri (2006-2013) və Venesuelanın vitse-prezidenti (2012-2013) vəzifələrində çalışıb. Maduro 2013-cü ilin martından aprel ayına qədər Venesuela prezidentinin səlahiyyətlərini icra edib. Daha sonra o, ölkənin prezidenti seçildi. O, 2024-cü ilin iyulunda üçüncü müddətə yenidən seçilib.
Bundan əvvəl Maduro Venesuelanın vitse-prezidentinə qarşı sui-qəsd hazırlandığını açıqlamışdı.
Nigar
15:58 / 13 Dekabr 2025
18
15:47 / 13 Dekabr 2025
16
15:39 / 13 Dekabr 2025
31
15:08 / 13 Dekabr 2025
1043
14:50 / 13 Dekabr 2025
45
14:38 / 13 Dekabr 2025
68
14:28 / 13 Dekabr 2025
63
14:22 / 13 Dekabr 2025
58
14:12 / 13 Dekabr 2025
195
13:14 / 13 Dekabr 2025
699
13:07 / 13 Dekabr 2025
385
12:58 / 13 Dekabr 2025
242
12:16 / 13 Dekabr 2025
1033
12:08 / 13 Dekabr 2025
116
11:44 / 13 Dekabr 2025
78
11:30 / 13 Dekabr 2025
97
11:09 / 13 Dekabr 2025
936
11:07 / 13 Dekabr 2025
413
10:25 / 13 Dekabr 2025
1133
09:15 / 13 Dekabr 2025
883
09:06 / 13 Dekabr 2025
812
08:45 / 13 Dekabr 2025
138
08:37 / 13 Dekabr 2025
162
00:28 / 13 Dekabr 2025
162
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.